COVID-19: Mikro və kiçik bizneslər üçün...


COVID-19: Mikro və kiçik bizneslər üçün...

Dünya ölkələri ən sərt karantin tədbirlərini yüngülləşdirməyə başlasalar da, bəzi sahibkarlıq subyektlərinə və iqtisadi fəaliyyət sahələrinə qoyulan COVID-19 ilə əlaqəli məhdudiyyətlərin 2021-ci ildə də davam edə biləcəyi mümkündür. Bu baxımdan da davam edən bu vəziyyəti və narahatlıqları əvvəlcədən düşünmək və sonra yüngülləşdirmək vacibdir. Təchizatçılar, məsələn, bəzi materiallara və mallara (tibbi və gündəlik tələbat malları) tələbin fenomenal artımını gördülər. Təchizat zəncirinizdə bunlardan asılı olsanız, daha böyük rəqabət qarşısında alış gücünüzün azalacağını gözləyə bilərsiniz və bəzi təchizatçılar əvvəllər sizə verdikləri kredit şərtlərini məhdudlaşdıra və ya silə bilərlər.

Bu dövr əzrində Müştərilərinizi təhlükəsizlik siyasətiniz və göstərdiyiniz xidmətlərin istehsalı, emalı, satışı və ya çatdırılması zamanı saxladığınız sosial məsafə və izolyasiya tədbirləri barədə mütəmadi olaraq məlumatlandırmağa çalışın. Bu tələblər, işinizin hər hansı bir hissəsi müştəri ilə əlaqəli olduqda daha vacibdir.

Şirkətinizin COVID-19 pandemiyası dövründə ticarət məhdudiyyətlərinə necə cavab verməsi və uyğunlaşması, iqtisadiyyat normal hala qayıtdıqca biznesinizin üçün böyümənin əsas səbəbi ola bilər. Misal üçün e-ticarətə və müştəriləriniz üçün onlayn xidmətlərə keçidiniz bu prosesi sürətləndirə bilər. Bütün hallarda, müştəriləriniz və təchizatçılarınız ilə qurduğunuz doğru ünsiyyət və biznesinizin müqavimət bacarıqları şirkətinizin post pandemiya dövründə həyatda qalması üçün ən vacib rol oynayan faktorlardandır.

Əlavə olaraq da, bu kimi çətin dövrlərdə hökumətin təklif etdiyi kiçik sahibkarlığa dəstək proqramlarından (məsələn, Sahibkarlığın inkişafına dövlətin zəmanətli krediti və subsidiya dəstəyi - www.e-edf.gov.az ) faydalanmağa çalışın.