Autsorsinq


Autsorsinq

Autsorsinq xidməti vasitəsilə müştərilər maliyyə və mühasibat uçotu üzrə öhdəlik və fəaliyyətlərinin icrasını bizə etibar etməklə həm öz vaxtlarına, həm də əməliyyat xərclərinə qənaət edərək bizneslərində iqtisadi səmərəliliyə nail olmaqla yanaşı işlərinin əsas strateji fəaliyyətlərinə də diqqət artırmaq imkanı əldə edirlər.

• Mühasibat uçotu üzrə sənədləşmənin təşkili;
• Rəsmi debitorlar üçün İnvoysların hazırlanması;
• Mal-material uçotunun aparılması;
• Şirkətlərə Elektron Qaimələrin göndərilməsi;
• Ödəniş tapşırıqlarının online internet bankda hazırlanması, bank köçürmələrinin həyata keçirilməsi;
• Kassa hesabatlarının hazırlanması;
• Debitor və Kreditor borcların uçotunun qurulması və üzləşmələrinin aparılması;
• Vergi hesabatlarının hazırlanması və göndərilməsi;
• Statistika Hesabatlarının hazırlanması və göndərilməsi;
• DSMF Hesabatlarının hazırlanması və göndərilməsi;
• Profit & Lost və Cash Flow hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
• ƏDV depozit hesabının uçotunun aparılması;
• Müəssisənin mənfəət və zərərlərini daim nəzarətdə saxlayıb, minimal vergi öhdəliyi yaratmaq;
• Əmrlərin hazırlanması və qeydiyyatının aparılması;
• Əmək müqavilələrinin tərtib edilməsi;
• Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
• İşçilərin E-gov.az portalına daxil edilməsi və işçilərin şəxsi işinin hazırlanması;
• Aylıq tabellərin hazırlanması və tərtib edilməsi ;
• İşçilərə SSN və Bank kartlarının sifariş verilməsi;
• Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyətlərin hesablanması;
• Ezamiyyətlərin, müavinətlərin hesablanması;
• Məşğulluq hesabatlarının hazırlanması və göndərilməsi.